• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistanı ağıllandıracağıq" - VİDEO

"Ermənistanı ağıllandıracağıq" - VİDEO
01.08.2014 23:06
Rasim Musabəyov: "Azərbaycan Ermənistanı yerində oturdacaq"Bu gün cəbhə xəttində baş verən hadisə ilə bağlı ANS TV və ANS ÇM radiosunun efirində böyük proqram dəyişikliyi edilib.Bu barədə ANS PRESS-ə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə, bu, Azərbaycan hərbçilərinin cəbhədə şəhid olması ilə əlaqədardır. Televiziya və Radionun efirindən bütün əyləncəli, yumoristik verilişlər çıxarılıb. Televiziyanın bütün verilişləri efirə musiqi müşaiyəti olmadan çıxacaq. Bu 2011-ci ildən bəri Azərbaycan Ordusunun verdiyi ən böyük itkidir.Xatırladaq ki, cəbhə xəttində gedən son döyüşlər nəticəsində Azərbaycan Ordusu 8 hərbiçisini itirib və 4 nəfər yaralı var.Ekspertlər hesab edirlər ki, cəbhədə ötən gecə yaşanan gərginlik ona hesablanıb ki, Azərbaycan tərəfi işğalla heç vaxt razılaşmayacaq və Azərbaycan öz torpaqlarında ermənilərə sakit oturmağa imkan verməyəcək.Politoloq Rasim Musabəyovun fikrincə, Azərbaycan münaqişənin hərbi yolla həllini istisna etmədiyi kimi Ermənistan tərəfini sülhə vadar etməyə çalışır.Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, cəbhə xəttində döyüş əməliyyatları və atışma hər zaman olub və bundan sonra da olacaq, nə qədər ki, bu konflikt öz həllini tapmayıb. "Artıq bununlıa bağlı təsirli addımlar atılmalıdır. Bu əsgərlərdən asılı olmayan bir məsələlərdir. Bu konflikt öz həllini tapmalıdır ki, istər mülki, istərsə də hərbçilər arasında itkilər olmasın. Bizlər, eyni zamanda beynəlxalq təşkilatlar məhz buna çalışmalıdırlar”.Politoloq Rasim Musabəyov isə qeyd edir ki, Azərbaycan həm hərbi, həm iqtisadi, həm diplomatik, həm də informasiya sahəsində təzyiqləri artırmağa çalışır ki, Ermənistan ağıllansın: “Azərbaycan artıq həm iqtisadi, həm diplomatik, həm də hərbi gücü sahəsində Ermənistanı yerində oturdacaq”.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol