• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov bu gecə şəhid olan və yaralanan hərbçilərlə bağlı göstəriş verdi

Zakir Həsənov bu gecə şəhid olan və yaralanan hərbçilərlə bağlı göstəriş verdi
01.08.2014 20:28
Yaralıların müalicə olunduğu hərbi hospitala hərbi həkimlərdən ibarət mütəxəssis qrupu göndərilibMüdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları barədə göstəriş verib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.Z. Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!Qeyd edək ki. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol