• $
  • €
  • ₽
  • ₺
  • £

Ləğv olunan dairələrlə bağlı cinayət işi açılacaq?

Ləğv olunan dairələrlə bağlı cinayət işi açılacaq?
29.05.2020 10:30
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub. Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.

Maraqlıdır, nəticəsi ləğv olunan dairələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev saxtakarlığa yol verilən dairələrin işinin prokurorluğa veriləcəyini bildirib:

"Əgər seçki dairələrinin nəticələri saxtakarlığa yol verildiyi üçün ləğv edilirsə, bu məsələlərin araşdırılması prokurorluq orqanlarına verilməlidir. Prokurorluq da konkret olaraq müəyyənləşdirəcək ki, kim hansı əməli törədib. Buna uyğun da məsuliyyətə cəlbetmə məsələsi olacaq. Yəni, əvvəlcədən gərək seçkinin nəticələri təsdiq olunsun, saxtakarlığa yol verilən dairələr dəqiq olaraq müəyyənləşsin ki, məsuliyyətə cəlb olunma prosesi başlansın. Cərimənin məbləği 150 manatdan 7000 manatadək ola bilər”.

Ə.Nuriyev seçki hüququnun pozulması, saxtakarlığa yol verilməsi bağlı azadlıqdan məhrumetmə cəzasının da tətbiq olunacağını deyir:

"Qanun pozuntusu edərək səsvermənin nəticələrini saxtalaşdıran şəxslər 3 ilədək azadlıqdan məhrum oluna bilərlər. Eyni zamanda, səlahiyyətdən sui-istifadəyə görə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hələ ki, dairələrlə bağlı məhkəmə qərarı olmadığı üçün konkret olaraq cəzalardan hansının tətbiq ediləcəyini bilmirik”.

MSK katibi Mikayıl Rəhimov isə bildirib ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək:
"Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.

Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol