• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidlərimizin adları məlum oldu - SİYAHI YENİLƏNİB

Şəhidlərimizin adları məlum oldu - SİYAHI YENİLƏNİB
01.08.2014 12:57
Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub. APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub: - Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış  Mustafa Əlicoşqunov- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu  Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

*******Ötən gecə ermənilərin təxribat hücumu cəhdi nəticəsində şəhid olan daha bir əsgərin adı məlum olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur.

O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib.

Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov ANS PRESS-ə təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.Allah rəhmət eləsin!Qeyd edək ki, İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

11:52

İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu zamanı şəhid olan Azərbaycan əsgərlərindən üçünün adı məlum olub.

 Tərtər rayonun Qapanlı kənd sakinlərinin ANS-ə verdiyi məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.Publika.az xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib. 

Məlumatlara görə,  ermənilərin atəşkəsi pozması nəticəsində 11 hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol