• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli nəticələri ləğv olunan qalmaqallı dairədən namizəd olacaq

Hadi Rəcəbli nəticələri ləğv olunan qalmaqallı dairədən namizəd olacaq
29.05.2020 03:15
V çağırış Milli Məclisin deputatı Hadi Rəcəblinin təkrar seçkilərdə iştirak edəcəyi gözlənilir.
 
Pravda.az-ın xəbərinə görə, H.Rəcəblinin 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcəyi iddia olunur.
 
Yayılan məlumatla əlaqədar deputatla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi.
 
Həmin seçki dairəsi üzrə əsas iddialılar sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və bloqer Mehman Hüseynovdur.
 
H.Rəcəblinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar da həqiqətəuyğun deyil. Deputata yaxın olan şəxslər bildiriblər ki, onun səhhətində hər hansı problem yoxdur.
 
Qeyd: Mərkəzi Seçki Komissiyası fevralın 13-də 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələrini ləğv edib. Həmin seçki dairələri üzrə bu ilin sonunda təkrar seçkilərin keçirilməsi gözlənilir.
 
Xatırlatma: 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. 1995-ci ildə keçirilən seçkilərdə namizədliyini irəli sürüb, deputat seçilib, o, bir neçə seçkidə qalib olub, indiyədək səlahiyyətlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol