• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən koronavirusla bağlı təcili qərar - bir gecədə ölkəyə gətirildi - VİDEO

Prezidentdən koronavirusla bağlı təcili qərar - bir gecədə ölkəyə gətirildi - VİDEO
29.05.2020 04:18
Koronovirusun yayıldığı ilk vaxtlardan Azərbaycan höküməti qabaqlayıcı tədbirlərə start verdi.

BAKU.WS ATV-yə istinadla xəbər verir ki, ilk olaraq sərhəd keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı. Gediş-gəlişə qadağa qoyuldu.

Millət vəkili Qənirə Paşayeva bildirir ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün dövlət mühüm addımlar atır, hətta bu baxımdan bir sıra ölkələri qabaqlayırıq.

Millət vəkili Rəşad Mahmudov isə bildirib ki, bu gün dünyada bəlli avadanlıqlara əlçatanlıq çox çətindir:

"Bütün dünya ölkələrinin bu avadanlıqlara ehtiyacı var. Bu məqamda cənab prezidentin şəxsi təşəbbüsü ilə bir gecədə 200 süni tənəffüz aparatının əlavə olaraq ölkəyə gətirilməsi biz səhiyyəçiləri rahatlatdı".

Koronavirusun yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçirilir, zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılır.

Bu məqsədlə 7 səhiyyə ocağı ayrılıb. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib.

Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. Bundan başqa xəstəxanalar çox tez bir zamanda ən müasir və qiymətli tibbi avadanlıqlarla təchiz olunub.

Yeri gəlmişkən, 1 saylı kliniki tibbi mərkəzin laboratoriyasında da Almaniya istehsalı olan yeni avadanlılqar quraşdırıldı. 3 hissədən ibarət və hər bir hissəsinin özünəməxsus funksiyası olan bu aparatlar 96 nümunəni eyni anda hazırlaya bilir və buna cəmi 4 saat vaxt sərf olunur.

Laboratoriyada təcili hallar üçün də aparatlar mövcuddur. Belə ki, yeni cihazlar vasitəsiylə istənilən nümunənin nəticələrini 70-75 dəqiqə ərzində almaq mümkündür.

Bu arada Heydər Əliyev Fondu koronavirusla mübarizə üçün xaricdən tibbi ləvazimatlar gətirib. Bu addım infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən gətrilən tibbi ləvazimatlar o cümlədən xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol