• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident tapşırıq və tövsiyələrini verdi

Prezident tapşırıq və tövsiyələrini verdi
24.07.2014 18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verdi.Bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.Qeyd edildi ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə işlər uğurla davam etdirilir. Gölün Olimpiya Stadionunun yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunur. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması nəzərdə tutulurdu. Artıq bəndləmə işləri yekunlaşıb. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısı alınıb.Göl üzərində ərazinin qərb sərhədini müəyyən edən səkkiz xətli magistral şose şəklində layihələndirilmiş bənd bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi yolu ilə birləşdiriləcək. Bu da öz növbəsində, şəhərin yol infrastrukturuna düşən yükü azaldacaq. Torpaq bəndin inşası cədvəl üzrə davam etdirilir və işlərin növbəti ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür. Layihə üzrə ilkin mərhələdə 2,8 milyon kubmetr həcmində çöküntünün 100 min kubmetrdən çoxu təmizlənib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Böyükşor gölünün cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılır, 16 hektara yaxın ərazidə park və yaşıllıq salınır. Gələn ilin birinci yarısında şərq sahil xətti boyunca Böyükşor bulvarının bir kilometrədək hissəsi salınacaq və buradan stadion ərazisinə keçid təmin olunacaq.Bildirildi ki, Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.Prezident İlham Əliyev layihənin ekoloji əhəmiyyətini yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol