• $
  • €
  • ₽
  • ₺
  • £

Qabil Hüseyinli: “Azərbaycan Rusiyaya nota verməlidir”

Qabil Hüseyinli: “Azərbaycan Rusiyaya nota verməlidir”
24.07.2014 16:58
Moskvanın bir çox marketlərində “Artsax Frut” firmasının istehsalı olan, üzərinə “Qarabağ respublikasının istehsalı” etiketi vurulmuş yeyinti məhsulları satılır.
Avropa.info saytının yaydığı məlumatda belə bildirilir.
Bunlardan istifadə edən bir sıra Rusiya sakinləri bu məhsulların bazarda olan digər məhsullardan keyfiyyət baxımından geri qaldlğını bildiriblər.
Politoloq Qabil Hüseyinli məsələ ilə bağlı Aktual.az-a bildirib ki, Rusiya bazarında “Qarabağ respublikasının istehsalı” ilə etiketlənmiş məhsullar satılırsa, bu, artıq Rusiya tərəfindən beynəlxalq müqavilələrin şərtlərinin pozulması deməkdir:
“Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. İndi isə Azərbaycanın tərkib hissəsi olan bir bölgədən, həmin bölgənin adı ilə istehsal edilmiş məhsulların öz daxili bazarına buraxılmasına şərait yaradır. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı çox ciddi hörmətsizlikdir”.
Q. Hüseyinli qeyd edib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Rusiyaya nota verməlidir:
“Azərbaycan tərəfi həmin məhsulların onların daxili bazarına buraxılmasının beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə alıb, Rusiyaya nota verməli, bu məhsulların bazarlardan yığışdırılmasını, belə bir halın bir də təkrar olunmaması üçün tədbirlər görülməsini tələb etməlidir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesində, əgər Rusiya Azərbaycana verdiyi vədləri çox kobud şəkildə pozursa, bu, ciddi qınağa layiqdir”.
Məlumat üçün bildirək ki, Avropa.info-nun Rusiya və Ermənistan mətbuatında apardığı araşdırmadan sonra “Artsax frut” şirkətinin, tarixi Azərbaycan torpağı olan Xankəndində fəaliyyət göstərdiyi məlum olub.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol