• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Nazir qərar imzaladı

Baş Nazir qərar imzaladı
29.05.2020 04:12
"Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edilib.
 
Anews.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Bununla da Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 330 nömrəli qərarı dəyişdirilib. Həmin qərarı isə o dövrdə Baş nazir işləyən Novruz Məmmədov imzalamışdı.
 
Novruz Məmmədovun imzaladığı sənəddə yazılırdı ki, bu qərar 2020-ci ilin aprelin 1-dən qüvvəyə minir.
 
Əli Əsədovun qərarında isə bu müddət uzadılıb. Belə ki, müvafiq qaydalar 2021-ci ilin aprelin 1-dən qüvvəyə minəcək.
 
Sənəddə müvafiq məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilməsi, saxlanması və dövlət orqanları ilə mübadiləsi barədə məsələlər öz əksini tapıb.
 
Bunlar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və Azərbaycan qanunvericiliyinin tələbləri rəhbər tutulmaqla həyata keçirilir.
 
Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmalıdır.
 
Həmin məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə ötürülür.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol