• $
  • €
  • ₽
  • ₺
  • £

“Dünyanın gözü Azərbaycan bayrağındadır” – Zakir Həsənov

“Dünyanın gözü Azərbaycan bayrağındadır” – Zakir Həsənov
22.07.2014 11:45
Müdafiə naziri Zakir Həsənov Milli Mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib. 
ANN.Az xəbər verir ki, nazir mətbuat nümayəndələrini Milli Mətbuatımızın yaradılmasının 139 illiyi münasibətilə ürəkdən təbrik edib, yaradıcılıq uğurları arzulayıb. "Bugünkü Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ləyaqətli varisidir. Ulu əcdadımız Həsənbəy Zərdabinin redaktorluğu ilə qocaman "Əkinçi" XIX əsrin qaranlıq mühitində Azərbaycan oxucusunun beyninə və qəlbinə maarifçilik, Vətənpərvərlik və işıq toxumu səpdi. O zamandan başlayaraq xalqımız öz zamanına və dünyaya işıqlı gözlərlə baxmağa başladı.
"Əkinçi"dən sonra nəşr edilən qəzet və jurnalların sayı çoxaldı, nəhayət, "Molla Nəsrəddin" kimi müdrik və müqtədir bir jurnal yaranıb bütün Şərqə nur saçdı.
Arzu edirəm ki, bu gün Siz ulu sələflərimiz Həsənbəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin ruhuna və məramına layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edəsiniz. Böyük şairimiz Səməd Vurğun 1941-ci ilin qanlı günlərində yazırdı:
Bu gün bir süngüdür əlimdə qələm,
Mənim bayrağıma göz dikir aləm.
Bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü gözləyir.
Arzu edirəm ki, Siz ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən üzərində qələbəmizi yaxınlaşdırasınız.
Mən bu yolda Sizə yeni uğurlar, dəqiqlik, obyektivlik, ümumxalq mənafeini uca tutmaq və peşəkarlıq arzulayıram.
Siz Azərbaycan mətbuatının o xoşbəxt nəslisiniz ki, Ulu Öndər Heydər Əliyevin və onun əvəzsiz varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi dövründə yaşayıb yaradırsınız. Taleyin bu qismətinə layiq olmağınızı arzulayıram.
Bir daha bayramınız mübarək olsun!"ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol