• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran ŞİH yayılan məlumatlara aydınlıq gətirdi

Lənkəran ŞİH yayılan məlumatlara aydınlıq gətirdi
05.05.2020 14:10
Lənkəranda "DOST”- un maaş kartları vəzifəlilərin qohumlarına paylanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi


"Sosial şəbəkələrdə yayımlanan "DOST İş Mərkəzi” MMC-də "sosial işçi” kimi işə götürülmüş Lənkəran Şəhər İcra başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı oğlu kimi qeyd olunan rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayev və keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu kimi göstərilən Rəcəbov Şamil Cəsail oğlu barələrində bildiririk ki, yayılan məlumatlar tamamilə əsassızdır".

Bu barədə Pravda.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, Möhübbət Babayevin Xanbaba adında qardaşı yoxdur və ümumiyyətlə Elvin Xanbaba oğlu Babayevlə heç bir qohumluq əlaqəsində deyil. Liman şəhər sakini Rəcəbov Şamil Cəsail oğlu isə Hadi Rəcəblinin yaxın qohumu deyil: "Hər iki vətəndaşın 2020-ci ilin yanvar ayında verdikləri ərizələrə əsasən "DOST İş Mərkəzi” MMC ilə bağlanmış muddətli əmək müqavilələrinə xitam verilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti sifarişçi qismində aztəminatlı ailələrdən olan, işləməyə zəruri ehtiyacı olan hər bir şəxsin işə cəlb olunması üçün müvafiq tədbirlər görür. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması şəhər İcra hakimiyyətinin işgüzar nüfüzüna xələl gətrmək məqsədi daşıyır".


Qeyd edək ki, araşdırmacı jurnalist Cavanşir Həsənli Lənkəranda vəzifəli şəxslərin yaxınlarının "DOST”dan maaş alması ilə bağlı məlumat yaymışdı.

C.Həsənli bildirirdi ki, Lənkəran İcraHakimiyyətinin başçısı özünün Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, "LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırmışdı. İndi daha iki faktı təqdim edirəm. Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun 1954-cü il təvəllüdlü qardaşı Xanbaba Babayevin oğludur: "Adı "Dost" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur. Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol