• $
  • €
  • ₽
  • ₺
  • £

Qurultayla bağlı fikir ayrılığı yaranıb

Qurultayla bağlı fikir ayrılığı yaranıb
17.07.2014 19:07
 Müsavat Partiyasında qurultayın keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb.Partiyadan APA-ya verilən məlumata görə, bir qrup partiya funksioneri Müsavatın qurultayının bu il keçirilməsinin tərəfdarı olsa da, digər qrup qurultayın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonraya saxlanmasını istəyir. Partiyanın Divan üzvü Tural Abbaslı APA-ya faktı təsdiqləyib. Partiya daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu deyən T. Abbaslının sözlərinə görə, parlament seçkilərinə bir il qaldığı halda, qurultayın keçirilməsi Müsavatı əsas hədəfindən yayındıra bilər: “Düşünürəm ki, partiyanın əsas hədəfi seçkilər olmalıdır. Ancaq Nizamnaməyə görə, qurultay 4 ildən bir keçirilməlidir. Buna görə bizim siyasi, hüquqi baxımdan qurultayın gecikdirilməsinə qərar vermək səlahiyyətimiz yoxdur. Yəni, bu, bir arzu olaraq qala bilər. Bu kimi təkliflərin rəsmiləşdirilməsinin hüquqi qaydası yoxdur”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya açıqlamasında bildirib ki, partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürülsə də, bu, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində dəstək tapıb: “Çünki qurultayın keçirilməsini Nizamnamə tələb edir. Bizə qurultayı keçirmək üçün yer ayrılmaması ciddi problemlər yaratdı. Ancaq təxminən bir ay əvvəl yaranmış vəziyyəti hərtərəfli müzakirə edərək, qurultayın sentyabrın 27-də keçirilməsini qərara aldıq”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol