• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin yüksək vəzifə verdiyi Tural Piriyevdən xəbər var

Prezidentin yüksək vəzifə verdiyi Tural Piriyevdən xəbər var
29.05.2020 04:07
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni təyin olunmuş icraçı direktoru Tural Piriyevi Fondun kollektivinə təqdim edib.
 
Pravda.az-ın xəbərinə görə, N.Əmirov ADIF-in əsas vəzifəsinin banklarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitlərinin itirilməsi riskinin qarşısını almaq, maliyyə-bank sisteminin sabitliyinə və inkişafına xidmət etmək olduğunu bildirərək Fondun son illərdə həm bu vəzifənin icrası ilə bağlı, həm də ləğvedici kimi fəaliyyəti barədə məlumat verib və bunun çox məsuliyyətli iş olduğunu qeyd edib.
 
O, diqqətə çatdırıb ki, ADIF-in fəaliyyət göstərdiyi müddət ərzində banklara inam əhəmiyyətli dərəcədə artıb. Əhalinin banklarda olan əmanətlərinin miqdarı və sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da bütövlükdə bank sisteminin sağlamlaşmasında mühüm rol oynayıb. Ötən müddət ərzində Fond həm sığorta qurumu olaraq fəaliyyət göstərib, həm də ləğvedici qismində lisenziyaları geri alınmış bankların ləğv edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Bütövlükdə 17 bank bağlanıb, son bir ayda daha 4 bankın lisenziyası ləğv olunub. Fond bu müddətdə qarşısına qoyulan tələblər, eyni zamanda, xüsusilə vətəndaşların əmanətlərinin geri qaytarılması istiqamətində çox faydalı və əhəmiyyətli işlər görüb.
 
N.Əmirov Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın ADIF-in gələcək fəaliyyəti ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdıraraq ölkə rəhbərliyinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün fondun kollektivinə məsləhət və tövsiyələrini verib. O, Fondun ölkənin maliyyə-bank sabitliyinin qorunması istiqamətində fəaliyyətinə müvəffəqiyyət arzulayıb.
 
T. Piriyev ölkə başçısının ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol