• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə aksiya keçirildi

İmişlidə aksiya keçirildi
29.05.2020 08:42

İmişlidə rayon səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş (6 may 2020-ci tarixli sərəncam) Vilyam Hacıyevin qanunsuz əməllərinin ictimailəşdirilməsi üçün aksiya həyata keçirilib.

 Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısının cinayət əməlləri haqqında məlumatların rayon sakinlərinə çatdırılması üçün İcra Hakimiyytətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları müxtəlif tədbirlər keçirirlər.

İdarə və müəssisələrin işçiləri və çoxmərtəbəli yaşayış binasının sakinləri ilə görüşlər keçirilir, onlara bu halların dövlətçiliyə və xalqa xəyanət olduğu çatdırılır.
Lakin rayon sakinləri illərdir İmişlini çapıb-talayan eks-icra başçısı ilə bağlı keçirilən bu tədbirləri gecikmiş aksiya hesab ediblər.

Xatırladaq ki, İmişli rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini hazırda birinci müavin Səfa Ağayev icra edir.

Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.

Özü həbs olunan sabiq icra başçısının oğlu Məhəmməd Hacıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.

(modernaz)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol