• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarovun xəstəxanası ilə bağlı araşdırma başladı - QALMAQAL

Araz Ağalarovun xəstəxanası ilə bağlı araşdırma başladı - QALMAQAL
29.05.2020 12:32
Moskva prokurorları azərbaycanlı biznesmen Araz Ağalarovun koronaviruslu xəstələr üçün qurduğu xəstəxanada dərman çatışmazlığı və əmək qaydalarının pozulması üzrə təhqiqata başlayıb. Həmin pozuntular haqda "Azadlıq" radiosunun "Nastoyaşeye Vremya" televiziyası xəbər yaymışdı.
 
Moskva regionunun prokurorluğu bildirib ki, xəstəxananı idarə edənlərin hərəkətləri dəyərləndiriləcək və buna hüquqi qiymət veriləcək. Müvəqqəti xəstəxana Moskva yaxınlığındakı Krasnoqorskda Ağalarovun "Krokus Expo” sərgi kompleksində quraşdırılıb.
 
Bu yaxınlarda "Nastoyaşeye Vremya” "Scanner project” təhqiqat layihəsi ilə birlikdə apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırma Ağalarovun xəstəxana quraşdırmaqdan ötrü 2 milyard rubl (28 milyon dollar) dəyərində dövlət kontraktlarını tendersiz əldə etdiyini üzə çıxarıb.
 
Obyektdə çalışan bir neçə tibb işçisi anonimlik şərtilə deyiblər ki, iki həftədir işə başlamalarına baxmayaraq əmək müqavilələri yoxdur, xəstəxanada tibbi avadanlıq, fərdi qoruma vasitələri, xəstələr üçün dava-dərman çatışmır. Həkimlərin deməsinə görə, onlara ilkin olaraq 36 saatlıq iş həftəsinə görə 250 min rubl (3 min 500 dollar) maaş vəd olunsa da sonradan 72 saata qaldırılıb.
 
Həkimlər onu da əlavə ediblər ki, şikayət edəcəkləri halda kompensasiyanın kəsilməsi ilə hədələniblər. Tibb bacıları ilə mayın 22-dən əmək müqavilələri imzalanmağa başlanıb.
 
Hazırda xəstəxananın 500 xəstəsi var. Bu müvəqqəti xəstəxanaya Krasnoqorskdakı 1 saylı xəstəxanaya nəzarət edir, ancaq onlar açıqlama verməyib, jurnalistləri Səhiyyə Nazirliyinə yönəldiblər. Nazirlikdən də açıqlama almaq mümkün olmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol