• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-ın Bakıdakı 4 qərargahı zəbt edildi

YAP-ın Bakıdakı 4 qərargahı zəbt edildi
29.05.2020 08:06
Tərtərin icra başçısı Müstəqim Məmmədovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının köhnə qərargahını özəlləşdirdirərək villaya çevirməsi barədə məlumat vermişdik.
 
Pravda.az-ın xəbərinə görə, həmin binada əvvəllər əmanət bankı yerləşib. Sonradan bina YAP-ın Tərtər təşkilatına verilib. Təşkilat üçün yeni qərargah tikildikdən sonra Müstəqim Məmmədov köhnə binanı ələ keçirib.
 
Bu, hakim partiyanın yerli təşkilatlarının köhnə qərargahlarının ələ keçirilməsi ilə bağlı yeganə fakt deyil.
 
YAP-ın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev  bildirib ki, YAP-n Binəqədi, Yasamal, Xətai və Nərimanov təşkilatlarının da köhnə qərargahları zəbt edilib. "Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır”, - deyə o vurğulayıb.
 
Musa Musayev qərargahların kimlər tərəfindən ələ keçirildiyini açıqlamayıb.
 
YAP-ın yerli təşkilatlarının rəhbərliyində adətən icra hakimiyyətlərinin vəzifəli şəxsləri təmsil olunur. Bu təsisat YAP-ın Mərkəzi Aparatından daha çox icra hakimiyyətlərinə tabedir. Bu baxımdan ehtimal etmək olar ki, yerli təşkilatların köhnə qərargahları elə icra hakimiyyətləri tərəfindən ələ keçirilir.
 
Musa Musayevin söylədiklərindən belə anlaşılır ki, hakim partiyada da bundan məlumatlıdırlar.
 
Məlumat üçün deyək ki, YAP-ın Binəqədi təşkilatının sədri Ramiz Göyüşov, Yasamal təşkilatının sədri Tağı Əhmədov, Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, Nərimanov təşkilatının sədri isə Təmraz Tağıyevdir.Yenisabah

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol