• $
  • €
  • ₽
  • ₺
  • £

Operativ Qərargahdan daha bir AÇIQLAMA

Operativ Qərargahdan daha bir AÇIQLAMA
29.05.2020 12:28
"Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik.
 
Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".
 
Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

"Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır".
 
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may tarixində keçirilən brifinqində deyib.
 
Maraqlıdır, ölkədə pandemiya statistikasını nəzərə alsaq, hazırda ikinci dalğanı yaşayırıq?
 
Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib. O, bu barədə heç bir məlumatının olmadığunu bildirib:
 
"Bu bərədə mən bir söz deyə bilmərəm, belə bir hesablama yoxdur. Bu barədə dəqiq məlumat yoxdur".
 
Tibb eksperti Adil Qeybulla isə məsələyə tibbi baxımdan yanaşaraq hazırda ölkmizdə pandemiyanın ikinci dalğasının yaşanmadığını açıqlayıb. Ekspert qeyd edib ki, dalğalanma hər artımda müşahidə edilən proses deyil, sönərək yenidən alovlanan prosesdir:
 
"İkinci dalğanın yaranması prosesində sönmə və yenidən başlama mərhələsi müşahidə edilir. Ümumiyyətlə bütün dünya üzrə götürəndə ikinci dalğadan danışmaq hələ tezdir. Çünki hələ bəzi ölkələrdə problem lokallaşdırılıb. Məsələn Çini buna misal göstərmək olar. Bəzi ölkələrdə isə virusun yayılması davam edir. Müasir təbabətin əlində xeyli imkanlar olmasına baxmayaraq görünən odur ki, hələ pandemiya ilə mübarizədə effektiv tədbirlər mexanizmi ortada deyil. Biz yay aylarının sonu və payızda hansı mənzərə ilə qarşılaşacağımızı deyə bilmərik".
 
Tibb eksperti həmçinin rayonlarda koronavirusun yayılma arealına da münasibət bildirib. Adil Qeybulla xəstəliyin yayılma coğrafiyasının artmasını icazələr zamanı insanların sosial izolyasiya qaydalarını pozması nəticəsində baş verdiyini qeyd edib:
"Əvvəl düşünürdük ki, Azərbaycanda görülən sərt karantin tədbirləri infeksiyanı lokallaşdırmağa imkan verəcək. Doğrudan da rayonlarda demək olar ki, infeksiya yox idi. Bakı şəhərində xəstəlik lokallaşdırılmış və Azərbaycanda pandemiya ilə bağlı çox yaxşı nəticələr vermişdi. Buna baxmayaraq karantin dövründəki icazələr zamanı insanlar qaydaları pozmağa başladılar. Bu onu göstərirdi ki, yoluxma coğrafiyası həm genişlənəcək, həm dinamikası artacaq. Həmin məqamın yaşanması da çoxsaylı itkilər deməkdir. Mən düşünürəm ki, biz xroniki olaraq ən azı bir dalğa da yaşaya bilərik. ÜST-ün konkret tövsiyyələri ortada olmalıdır ki, bütün dövlətlər ona riayiət etsin".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol