Ermənilər girov götürülən azərbaycanlılara cinayət işi açıblar

Dağlıq Qarabağdakı separatçı rejimin “prokurorluğu” “diversant” kimi təqdim etdikləri 2 Azərbaycan vətəndaşı haqqında cinayət işi başlandığını açıqlayıb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Şaumyan rayonu ərazisində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları – 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərov yaxalanıb.
Məlumatda bildirilir ki, Ş. Quliyevin üzərindən “AKMS” avtomatı, “PM” tapançası, iki ədəd “F-1” qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat, D. Əsgərovun üzərindən isə “AKMS” avtomatı, “PM” tapançası, səsboğucular və digər sursat aşkarlanıb. Əməliyyat zamanı üçüncü şəxsin müqavimət göstərdiyi və öldürüldüyü xəbər verilir.
ANN.Az

Son xəbərlər 
Daha çox 






















