• $
  • €
  • ₽
  • ₺
  • £

6 aya 13 şəhid vermişik

6 aya 13 şəhid vermişik
09.07.2014 19:11
Cari ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 344 dəfə pozulub.ANN.Az xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhədə atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 2 hərbçisi (1 nəfər mina partlayışından) isə yaralanıb.Bundan başqa, Ermənistan Ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 mülki sakin (1 nəfər Tərtərdə, 4 nəfər isə tovuzda) yaralanıb.Ötən ay ermənilər əsasən Qarabağ cəbhəsinin cənubunda - Füzuli, Xocavənd və Cəbrayıl rayonları istiqamətində aktivləşiblər. Ermənistan Ordusunun bölmələri tərəfindən Füzuli rayonu istiqamətində atəşkəs rejimi 118, Cəbrayıl rayonu istiqamətində 36, Xocavənd rayonu istiqamətində 30 dəfə pozulub.Qarabağ cəbhəsində - Ağdam rayonu istiqamətində atəşkəs rejimi 83, Tərtər rayonu istiqamətində 23, Goranboy rayonu istiqamətində 13, Göygöl rayonu istiqamətində 4, Azərbaycan-Ermənistan dövlət sərhədində - Qazax rayonu istiqamətində 20, Tovuz rayonu istiqamətində 9, Ağstafa rayonu istiqamətində 4, Gədəbəy rayonu istiqamətində 4 dəfə atəşkəs rejimi Ermənistan Ordusu tərəfindən pozulub.APA-nın monitorinqlərinə əsasən, 2014-cü ilin birinci yarısında (yanvar-iyun) cəbhədə atəşkəs rejimi 2846 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi şəhid olub. On doqquz hərbi qulluqçu (9 nəfər mina partlayışı) və 5 mülki sakin isə yaralanıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol