• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə Bakıda baş verənlər - VİDEO

Bu gecə Bakıda baş verənlər - VİDEO
15.07.2020 10:11
Gecə saatlarında yürüş iştirakçıları Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib.

Anew.az xəbər verir ki, İctimai Televiziyanın yürüş yerindən hazırladığı reportajda bildirilir ki, yürüş iştirakçıları Qarabağ uğrunda müharibəyə hazır olduqlarını qeyd ediblər. Polis qeyri-qanuni aksiyaya müdaxilə etməyib. Təxminən gecə saat 2 radələrində insanların böyük bir hissəsi dağılışsa da, Şəhidlər Xiyabanı və Milli Məclisin qarşısındakı meydanı tərk etməyənlər də olub. Tribunaya çıxan Müdafiə Nazirliyinin rəsmiləri toplaşanları orduya dəstəyə görə minnətdarlıqlarını bildirib. 

Lakin bundan sonra baş verənlər nə aksiyanın məğzinə, nə də bu insanların səsləndirdiyi Qarabağın azad edilməsi şüarlarına uyğun gəlməyib. İşğal edilmiş torpaqların azad edilməsini tələb edən bir qrup insan niyəsə Qarabağa gedən yolun Milli Məclisin binasının şüşələrini sındıraraq qanunverici orqana daxil olmaqda görüb. Baş verənlər polisi hərəkətə keçməyə vadar edib. Asayiş keşikçiləri aksiya iştirakçılarına xəbərdarlıq edərək dağılışmağa tələb ediblər. Bu çağırışa əməl edilmədikdə polis əvvəlcə parlamentin binasına daxil olaraq qanunverici orqanı zəbt etməyə çalışan insanları saxlamağa başlayıb. Milli Məclisin qarşısındakı meydan xüsusi vasitələrdən istifadə edilməklə boşaldılması başlanılıb.

Reportajda aksiya iştirakçılarının bir neçə polis avtomobilinə, o cümlədən iki avtobusa ziyan vurduğu da deyilir. 

Polis qısa zaman ərzində ərazidə asayişi bərpa etməyə müvəffəq olub. Qarabağa azadlıq və orduya dəstək şüarları hansısa qüvvələrin təxribatının nəticəsində dövlət orqanlarının binasına hücum və iğtişaşla nəticələnib. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kiminsə sifarişiylə puç edib.    

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol