• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Azərbaycan Ermənistandan 7 dəfə qüdrətlidir

Dünya Bankı: Azərbaycan Ermənistandan 7 dəfə qüdrətlidir
29.05.2020 01:42
Dünya Bankı dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə reytinqini açıqlayıb.ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hesabata əsasən Azərbaycan öz iqtisadiyyatının həcminə görə keçmiş SSRİ-nin 6 ölkəsinin cəmini qabaqlayır və keçmiş sovet məkanında iri iqtisadiyyata malik ölkələr arasındadır.Hesabatda deyilir ki, keçmiş SSRİ respublikaları arasında iqtisadiyyatının həcminə görə Rusiya liderdir. Rusiyanın ÜDM-nin həcmi 2,1 trilyon dollardır.Rusiyadan sonra ən iri iqtisadiyyata malik keçmiş sovet respublikası Qazaxıstandır - 224,4 milyard dollar. Bu göstərici ilə Qazaxıstan adambaşına düşən ÜDM-in həcminə görə orta səviyyəli ölkələri qabaqlayıb. Qazaxıstan hesabata daxil edilən dünya ölkələri arasında 45-ci yerdədir.Qazaxıstandan sonra ÜDM-in həcminə görə Ukrayna gəlir - 177,4 milyard dollar. Ukrayna hesabatda 56-cı yerdə qərarlaşıb.Ukraynadan sonra keçmiş sovet respublikaları arasında ən iri iqtisadiyyata malik ölkə Azərbaycandır. Azərbaycan 73,6 milyard dollarlıq ÜDM-lə dünya ölkələri arasında 67-ci sırada yer alır.MDB respublikalarından Belarus 73,6 milyard dollarlıq ÜDM-lə Azərbaycandan sonra gəlir. Özbəkistan 56,8 milyard dollarlıq ÜDM-lə Belarusdan bir pillə aşağıdadır. MDB-yə daxil olmayan keçmiş sovet respublikalarından Litvanın 42,3 milyard, Latviyanın 28,4 milyard dollar, Estoniyanın isə 24,5 milyard dollarlıq ÜDM-i var.Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən (135) birindədir.Gürcüstan iqtisadiyyatının həcmi 16,1 milyard dollar, Tacikistan iqtisadiyyatının həcmi cəmi 8,5 milyard dollardır. Qırğızıstanda isə ÜDM daha azdır - 7,2 milyard dollar.Moldova iqtisadiyyatı da Qırğızıstanla müqayisə oluna bilər - 7,9 milyard dollar. Təbii qaz ehtiyatları ilə zəngin Türkmənistanın ÜDM həcmi 41,9 milyard dollardır.İqtisadiyyatının həcminə görə 10 ən iri ölkələr sırasında ABŞ liderlik edir - 16,8 trilyon dollar. Çin öz iqtisadiyyatının həcminə görə ABŞ-dan sonra ikincidir - 9,2 trilyon dollar.Növbəti yerlərdə Yaponiya (4,9 trilyon dollar), Almaniya (3,6 trilyon dollar), Fransa (2,7 trilyon dollar), Böyük Britaniya (2,5 trilyon dollar), Braziliya (2,2 trilyon dollar), Rusiya (2,1 trilyon dollar), İtaliya (2,1 trilyon dollar) və Hindistandır (1,9 trilyon dollar).Hesabatdan göründüyü kimi, Azərbaycan iqtisadiyyatı təxminən keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.Ayrıca Azərbaycan onun torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistandan iqtisadi baxımdan təqribən 7 dəfə qüdrətlidir. Ötən 10 il ərzində Azərbaycan öz iqtisadiyyatını 20 dəfədən çox artırıb və adambaşına düşən ÜDM-in həcminə görə orta gəlirli ölkələrin sırasına daxil olub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol