• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Ermənistana silah verməsi tənqid olundu - VIDEO

Rusiyanın Ermənistana silah verməsi tənqid olundu - VIDEO
14.08.2020 00:34
Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi pozmağ cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənistan isə əslində məqsədlərinə çatmaq üçün onların əlində bir oyuncaqdır. Ermənistanın müxtəlif beynəlxalq təşkilat və qrumlardan maliyyə dəstəyi aldığı da sirr deyil. Ermənistana hərbi dəstək verən ölkələrdən biri isə qonşu Rusiyadır.

"Qafqazinfo" REAL TV-yə istinadən xəbər verir ki, iyulun 12-dən 16-nadək Tovuz rayonu istiqamətində baş verən təxribat zamanı və iyulun 17-dən bu günədək Rusiyadan Ermənistana böyük həcmdə hərbi yüklərin daşındığı faktı ortaya çıxıb.

Prezidenti İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.

Belə ki, Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğu bildirilib. Və elə telefon zənginin əsas məqsədi də bu məsələnin aydınlaşdırılması olub.

Millət vəkili Rasim Musabəyovun fikrincə, Azərbaycan və Türkiyə arasında inkişaf edən əlaqələr və Rusiya qazının Türkiyə bazarında dəyərini itirməsi şimal qonşumuzu müəyyən adımmlar atmağa vadar edib. Ermənistanın cəbhədə deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat törətməsi də təsadüfi deyil. Tovuz rayonu Azərbaycanın strateji neft-qaz infrastrukturunun keçdiyi ərazidir.
 

Baxmayaraq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir, 12 iyul hadisələrində və ondan sonra Ermənistana böyük həcmdə silah-sursatın daşıdığı ortaya çıxır. Millət vəkili Aydın Mirzəzadə düşünür ki, bütün bunlar isə Rusiyanın neytrallığını pozur və münaqişənin həllinə əngəl yaradır.
Millət vəkili Aydın Mirzəzadə də ATƏT-in Minsk qrupunun həmsərdlərinin öz işinə laqeyd yanaşdığını vurğulayır və onun tərkibinin dəyişdirməsinin vacib olduğunu düşünür.

Millət vəkili Sevil Mikayılovaya görə, Ermənistan kimi təcavüzkar və işğalçı bir dövlətin silahlandırılmasi əslində işğala dəstək deməkdir. Bu dəstək status-kvonun saxlanılmasına xidmət edir. Sevil Mikayılova deyir ki, münaqişənin nizamlanması ilə məşğul olan və Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupu öz öhdəliklərinin yerinə yetirə bilmir.

Tovuz hadisələrində işğalçı Ermənistan vandal iç üzünü və təxribatçı xislətini bir daha nümayiş etdirdi. Təxribatçıya dəstək olmaq isə üzvü olduğu beynəlxalq təşkilatların tələb və normalarına qarşı çıxmaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol