• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin qızı kimdir? — FOTO

Ramiz Mehdiyevin qızı kimdir? — FOTO
24.08.2020 09:20
Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və İ.Əliyevin qudası Rövşən Mustafayev övladlarına toy mərasimi təşkil etdiklərinə görə inzibati məsuliyyətə cəlb olunaraq 15 sutka müddətinə həbs ediliblər.

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bundan başqa, R.Mehdiyevin nəvələri və digər 15 şəxs cərimələnib.
Ramiz Mehdiyevin qızı, həbs edilən İlham Əliyevin həyat yoldaşı Əliyeva Kamilə Ramiz qızıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. 

K.R.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə "Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə "Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. K.R.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Toyda iştirak etdiklərinə görə cəzalandırılanların sayı 20-dən çoxdur. K.Əliyeva barəsində hansısa tədbirin görülüb-görülməməsi barədə məlumat yoxdur.(azerforum.com)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol