• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda türk liseyləri bağlandı

Naxçıvanda türk liseyləri bağlandı
02.07.2014 17:54

Naxçıvanda fəaliyyət göstərən türk liseyləri də bağlanıb

Bu barədə informasiya virtualaz.org saytının redaksiyasına Naxçıvandakı mənbələrdən daxil olub.

Xəbərə görə, Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən üç Gülən məktəbi - Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi fəaliyyətini dayandırıb.

Muxtar respublikanın Təhsil Nazirliyindən liseylərə gələn komissiyalar eyni ilə Bakıda və digər rayonlarda olduğu kimi Naxçıvandakı bu təhsil ocaqlarının da bağlanacağını deyiblər. Liseylərə fəaliyyətlərinə hüquqi müstəvidə də xitam vermək üçün avqust ayının 15-dək vaxt verilib.

Xatırladaq ki, Naxçıvandan başqa Azərbaycan Dövlət Neft Şirkətinin nəzdindəki Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olan və daha çox “Fətullah Gülən məktəbləri” kimi tanınan 11 lisey - Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki liseyi və Şirvan liseyi ötən ay bağlanmışdı.

Naxçıvandakı liseylər isə Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil deyildi. Buna görə də onların bağlanmayacağı gözlənilirdi. Lakin Naxçıvan MR Təhsil Nazirliyi və “Zaman öyrətim” təhsil şirkəti nəzdində fəaliyyət göstərən bu üç liseyin də bağlanmasına qərar verilib.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol