“Onlar harınlayıb, Belarusun nə demək olduğunu unudublar”

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin Qərb ölkələrinin sanksiyalarına cavab verəcəyini bildirib.
Anews.az xarici KIV-ə istinadən xəbər verir ki, Lukaşenko bu barədə "Savuşkin-Orşa” MMC-nin işçiləri ilə söhbət edərkən açıqlama verib: "Biz onlara sanksiyaların nə olduğunu göstərəcəyik”.
"Onlar harınlayıb və Belarusun nə demək olduğunu unudublar. Və bizi əyə biləcəklərini, tanklarla, raketlərlə qorxuda biləcəklərini düşünürdülər... Gəlin, görək, kim kimi qorxudur”,- deyə ölkə başçısı qeyd edib.
Belarus lideri respublikanın əvvəllər də sanksiyalarla üzləşdiyini və yeni çətinliklərin öhdəsindən gələ biləcəyini sözlərinə əlavə edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























