Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı MƏLUMAT YAYDI

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.
Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























