• $
  • €
  • ₽
  • ₺
  • £

REAL Partiyasının sədri PA-nın şöbə müdüri ilə görüşüb

REAL Partiyasının sədri PA-nın şöbə müdüri ilə görüşüb
05.09.2020 12:10
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının (PA) Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib.


Qaynarinfo-nun REAL partiyasının facebook səhifəsinə istinadən məlumata görə, görüşdə Ə. Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıb.


Təbrikə görə təşəkkürünü bildirən REAL sədri siyasi partiyaların qeydiyyatındakı son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb: "İlqar Məmmədov tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirib.


İlqar Məmmədov Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlərin həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğu fikrini eşitməyindən məmnunluğunu ifadə edib".


REAL sədri dünən Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin REAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulanıb.


Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq.


Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümldən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparılıb”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol