• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi qulluqçuların məzuniyyəti barədə vacib qərar

Hərbi qulluqçuların məzuniyyəti barədə vacib qərar
30.06.2014 18:27

Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçuların istifadə olunmamış məzuniyyətinin əvəzində pul kompensasiyasının ödənilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Hərbi qulluqçuların statusu haqqında" qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" prezidentin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" qərarına əsasən kompensasiyanın ödənilməsi üçün əlavə maliyyə vəsaiti və sənədləşməyə çox vaxt tələb olunduğundan, Müdafiə Nazirliyində bu işlər mərhələli şəkildə aparılır.

 

«Hazırda müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası ödənilir. Bundan sonra digər hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların kompensasiyasının ödənilməsi nəzərdə tutulur», - deyə məlumatda bildirilib.

 

Qanun qüvvəyə mindiyi 2010-cu il 12 iyun tarixindən sonra ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara pul kompensasiyası müvafiq komissiyalar tərəfindən sənədləşmə və protokol işləri başa çatdırıldıqca müəyyən olunmuş qaydada ödəniləcək.

 

Konstitusiya Məhkəməsinin 2014-cü il 28 mart tarixli qərarına uyğun olaraq 2010-cu il iyunun 12-dək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarı qəbul edildikdən sonra həmin kateqoriyadan olan hərbi qulluqçulara ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol