• $
  • €
  • ₽
  • ₺
  • £

Qalmaqallı qanun gündəmdən çıxarıldı - YENİLƏNİB

Qalmaqallı qanun gündəmdən çıxarıldı - YENİLƏNİB
27.06.2014 13:33
Milli Məclisin bugünkü növbədənkənar iclasının gündəliyinə çıxarılan 6 məsələdən biri də Xaçmaz rayonunun Niyazoba kəndinin adının Niyazabad adlandırılması haqqında qanun layihəsidir.
 
Azərbaycan dilinin izahlı lüğətində “oba” ismi Azərbaycan sözü olaraq, iki cür izah olunur: 1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kənd; 2. Köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları alaçıq və ya çadırdan ibarət köç yeri.
 
Birbaşa köçərilik və Azərbaycan türkü ilə bağlı olan “oba” sözü hazırda da dildə öz işləkliyini kifayət qədər geniş şəkildə qoruyub saxlayır.
 
“Abad” - sifətdir və fars mənşəli sözdür. Azərbaycan dilinin izahlı lüğətində bu söz iki cür izah olunur: 1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; 2. Şən, şad (məcazi).
 
Əgər eynimənalı ifadədirsə, niyə Niyazobanın adı Niyazabada dəyişdirilməlidir? Nəzərə alsaq ki, ad dəyişdirilərkən büdcədən kifayət qədər vəsait də ayrılır, sənədlər dəyişdirilir, xəritələr, məktəb adları və sairdə düzəlişlər etmək lazım gəlir, onda Azərbaycan dilində olan bir adı min bir zəhmət və Azərbaycan dövlətinin büdcəsindən pul xərcləməklə farslaşdırılmasını anlamaq olmur.
 
Millət vəkili, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı Axar.az-a bildirdi ki, ölkəmiz dini, irqi və etnik siyasət baxımından həmişə fərqlənib:
 
“Bu, bizim millətin ruh, xarakter etibarilə tolerantlığından irəli gələn məsələdir. Azərbaycanda Gürcüstandan, Ermənistandan və digər qonşularımızdan fərqli olaraq, etnik azlıqların dilinə, adət-ənənəsinə həmişə sayğı ilə yanaşılıb və qorunub. Ona görə də cənub bölgəsində talış, şimal bölgəmizdə isə Dağıstan xalqlarının dilində olan yer-yurd adları da, adətləri də himayə edilir. Bu ölkədə sayğı göstərilməyən bir etnos varsa, o da Azərbaycan dövlətini quran və burda 90 faiz təşkil edən türk etnosudur. Etnik azlıqların dilinə, adət-ənənəsinə hörmət edildiyi halda bu dövləti quran əsas etnosun – Azərbaycan türkünün dilinə sayğı göstərməmək gizli separatizmin, qarşıdurma yaratmaq cəhdinin təzahürüdür. Bu, böyük bir etnosa qarşı, Azərbaycan türkünə qarşı düşmənçilikdir”.
 
Millət vəkili qeyd etdi ki, bu gün Milli Məclisin iclasında bu məsələyə kəskin etiraz edəcək və qanunun qəbul olunmamasına çalışacaq. 
***
ANN.Az-ın parlament müxbiri bildirib ki, bu məsələ gündəlikdən çıxarılıb.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol