• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin təlimində

İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin təlimində
26.06.2014 14:20

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.

ANN.Az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandana raport verib.

Dövlət başçısı birgə əməliyyat-taktiki təlimində nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxeminə baxdı, hərbi texnika və şəxsi heyətin geyim və ərzaq təchizatı nümunələri ilə tanış olub.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izləyib.

Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib.

Təlimdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edib.

Daha sonra Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə bir qrup hərbçiyə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə orden, medallar və qiymətli hədiyyələr təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol