• $
  • €
  • ₽
  • ₺
  • £

İran rejimi Cənubi Azərbaycanı yenidən parçaladı

İran rejimi Cənubi Azərbaycanı yenidən parçaladı
25.06.2014 23:25
Qəzvin və Həmədan vilayətlərini Zəncan və Ərdəbildən ayırıb Kürdüstana “yoldaş” etdilər 
İran rejimi Azərbaycan türklərinin Urmiyə gölü ətrafından kütləvi şəkildə köçürülməsi planını işə salmasının ardınca növbəti layihəsinə start verib. İran daxili işlər nazirinin idari inkişaf və insan qaynaqları üzrə müavini Cavad Nasiriyanın açıqlaması da bunu sübut edir. 
Nazir ölkənin 5 idari bölgəyə bölünməsi ilə bağlı məlumat verib. Beləliklə, onsuz da ostanlıqlara bölünən zaman parçalanan tarixi Azərbaycan torpaqları yenidən tikə-parça edilib. C.Nasiriyanın dediyinə görə, yeni layihədə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Gilan və Kürdüstan vilayətləri 3-cü bölgə tərkibində yer alacaq. C.Nasiriyan bölünmələrdə vilayətlər arasında yaxınlıq, coğrafi mövqe və ortaqlıqların nəzərə alındığını söyləyib. O, bu ortaqlıqların hansı növdən olduğunu açıqlamayıb.
Yeni idari sistemdə vilayətlərin etnik strukturu nəzərdə tutulmayıb. “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə, əhalisinin əksəriyyəti türklərdən ibarət olan Qəzvin və Həmədan vilayətləri digər Azərbaycan vilayətləri kimi 3-cü bölgədə deyil, 1-ci və 4-cü bölgədə yer alır.  Həmçinin kürdlərin sıx yaşadığı Kürdüstan və Kirmanşah əyalətləri də eyni idari bölgəyə daxil edilmir.
GünAz TV-nin xəbərinə görə, 3-cü bölgənin idari mərkəzi Şərqi Azərbaycan vilayətində yerləşəcək. Yeni idari sistemlə bağlı yayılmış məlumat İranın siyasi qrupları, xüsusilə federalizm tərəfdarlarının gündəmindədir.
Məntəqə bölgüsü belə olacaq:
Tehran məntəqəsi - bu məntəqəyə Tehran, Qəzvin, Mazandaran, Simnan, Gülüstan, Əlbürz və Qum əyalətləri daxildir;
İsfahan məntəqəsi - İsfahan, Fars, Buşehr, Çarmahal Bəxtiyari, Hormozqan və Kohkiluye və Boyerəhməd əyalətləri daxildir;
Şərqi Azərbaycan məntəqəsi - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan və Kürdüstan əyalətləri daxildir;
Kirmanşah məntəqəsi - Kirmanşah, İlam, Loristan, Həmədan, Mərkəzi və Xuzistan əyalətləri daxildir;
Xorasani Rəzəvi məntəqəsi - Xorasani Rəzəvi, Cənubi Xorasan, Şimali Xorasan, Kirman, Yəzd, eləcə də Sistan və Bəlucistan əyalətləri daxildir.
Müşahidəçilər hesab edir ki, İran rejimi Azərbaycan türklərinin və kürd bölgələrini bir quruma tabe etdirməklə etnik türklər və azərbaycanlılar arasında nə vaxtsa konflikt ocaqlarını yaratmaq, onların başını qatıb diqqəti fars şovinizmindən yayındırmaq istəyir. Eyni zamanda Tehran 40 milyona yaxın türk faktorunu zəiflətmək üçün tarixi Cənubi Azərbaycan bölgələrini ayrı-ayrı idarəçilik sisteminə tabe etdirir.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol