• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrə görüşü necə nəticələnəcək?

İsveçrə görüşü necə nəticələnəcək?
08.10.2020 16:57
Oktyabrın 8-i Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrəyə işgüzar səfərə yola düşüb. XİN bildirib ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.

Bəs görüş necə nəticələnə bilər? Bu görüşdən gözləntilər nələrdir?

 Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, görüşün nəticəsi olmayacaq:

 "Ceyhun Bayramov Azərbaycanın bir şərtini deyəcək. Ermənistan qoşunları Azərbaycan torpaqlarını tərk etməlidir. Həmsədrlər də bunu qəbul etməyəcək, görüş də beləcə bitəcək. Xüsusi bir gözləntim yoxdur bu görüşdən. Həmsədrlər güya göstərmək istəyirlər ki, fəaliyyət göstərirlər. Müharibənin 11-ci günündəyik. Həmsədrlər müşahidəçi kimi görünməmək üçün belə görüşlər təşkil edir. Görüş sonrası ATƏT-ə hesabat veriləcək ki, hər iki tərəflə görüşülüb və danışıqlar prosesini başlatmaq istəyirlər. Nəticəli bir görüş olmayacağını düşünürəm”.
 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy da bu görüşün Atəşkəslə nəticələnəcəyini düşünmür:

"Bu sadəcə bir müzakirədir. Hərə öz fikrini bildirəcək. Minsk qrupu hərbi əməliyyatları dayandıracaq gücdə deyil. Minsk qrupunun 3 həmsədri var. Bunlardan biri Fransadır. Ölkə prezidenti Fransa prezidentinə çox sərt açıqlar verib. Azərbaycan tərəfi Misk qrupunun formatının dəyişməli olduğu qənaətindədir. Digər həmsədr olan Rusiya isə bizə əngəl törədə biləcək ölkə olsa da dünən ki müsahibəsində  hazırda Putin hərbi əməliyyatların Ermənistan ərazisində keçirilmədiyini deyərək bildirib. Amerikanın isə bölgə maraqları başqadır. Bizimkilər müharibə deyəcəklər, onlar atəşkəs deyəcək, görüş bitəcək. Bu sadəcə diplomatic görüşdür, diplomatlar öz işlərini görürlər. Görüşün hazırkı prosesdə təsiredici  gücə sahib olacağını düşünmürəm”.
 

Hazırladı: Əminə Məmmədova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol