• $
  • €
  • ₽
  • ₺
  • £

İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub

İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub
16.10.2020 19:15
İspaniyanın böyük oxuyucu kütləsinə malik "EL MUNDO” qəzetində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.
Anews.az xəbər verir ki, müsahibədə Azərbaycan Prezidentinin köməkçisi cəbhə bölgəsində yaranmış hazırkı vəziyyətdən, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq, yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini, həmçinin digər mülki əraziləri də ağır artilleriya və raket atəşinə tutub. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulması nəticəsində 10 dinc sakin həyatını itirib, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədi, habelə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "SCUD” raket kompleksləri yerləşdirib. Ermənistan tərəfi bu raketlərlə dəfələrlə dinc əhali və mülki obyektləri atəşə tutub.
"EL MUNDO” nəşrinin jurnalisti Xavyer Espinozanın guya muzdluların Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb olunması ilə əlaqədar şayiələrlə bağlı sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, bu, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatıdır. Bu gün yüksək döyüş qabiliyyətinə və ən müasir silahlara malik Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Uzun illərdir ki, erməni tərəfi Suriya və Livan erməniləri adı altında Azərbaycana, onun Silahlı Qüvvələrinə qarşı muzdlular kimi istifadə edir.
Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları pozmaq üçün hər vasitəyə əl atdığını diqqətə çatdıran Hikmət Hacıyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol