• $
  • €
  • ₽
  • ₺
  • £

“İndiki nazir təzədir, görək nələr edəcək”

“İndiki nazir təzədir, görək nələr edəcək”
20.10.2020 13:59
Deputat Siyavuş Novruzov parlamentdəki çıxışında təhsil sahəsində olan problemlərdən danışıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili deyib ki, "Təhsil haqqında” qanun yenidən hazırlanmalıdır: "Biz uzun müddət müzakirələrdən sonra o qanunu qəbul etdik. Amma baxanda görürük ki, qanun hər ölkədən bir az götürülüb. Bir az SSRİ, bir az Rusiya, bir az Türkiyə, bir az da Amerikadan götürülüb. Biz konkret təhsil sistemi yaratmalıyıq. 20 ildir deyirlər "Bolonya sistemi”nə keçiririk. Nə oldu? Ya keçək, ya keçməyək. Mən hesab edirəm ki, indi sizin rəhbərliyinizlə yenidən "Təhsil haqqında” qanun layihəsini hazırlayıb qəbul etməliyik.

Cənab Prezident yeni Təhsil naziri təyin edib. Ondan əvvəl Mikayıl Cabbarov, sonra da Ceyhun Bayramov olub. Bu iki nazirə qədər pulla məktəbə direktor qoymaq, attestat satışı var idi. Biz hamımız bunları görmüşdük, şahidi olmuşduq. Görək indi necə olacaq. İndiki nazir təzədir, görək nələr edəcək. Təhsil millətin gələcəyidir. Biz elə islahat aparmalıyıq ki, gələcək nəsil üçün təhsil istiqamətləndirici olsun. 

Orta məktəb, bakalavr, magistratura, aspirantura, nə bilim nə, bir adam nə qədər oxumalıdır? Müəllim universitetdə dərs deyir, onun biliyini Ali Attestasiya Komissiyası qiymətləndirir. Müəllim bir qurumun tabeliyində işləyir, başqa bir qurum onu qiymətləndirir. Oradan yüksək qiymət alan müəllimi bəlkə də tələbələr sinfə buraxmaz”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol