• $
  • €
  • ₽
  • ₺
  • £

“Biz sizin ən yaxın dostunuzuq” – Lukaşenko

“Biz sizin ən yaxın dostunuzuq” – Lukaşenko
21.06.2014 14:03
“Azərbaycan Belarusa yaxın ölkələrdən biridir, bu iki dövlətin liderləri arasında ənənəvi səmimi münasibətlər var”. 
ANN.Az Azərtac-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşdə deyib. Lukaşenko bildirib ki, bizim bütün sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir: “Müəyyən çətinliklərə və problemlərə baxmayaraq (onlar həmişə olur) bizim əməkdaşlığımızda qapalı mövzular yoxdur. Biz sizin üçün tam açıq ölkəyik, elə mal çeşidi yoxdur ki, biz onları sizə göndərə bilməyək və ya siz onları bizdə sata bilməyəsiniz. Müştərək müəssisələr yaradılması üçün heç bir maneə yoxdur və biz Azərbaycanda bu işi görürük”.
Aleksandr Lukaşenko vurğulayıb: “İstəyirəm yadda saxlayasınız ki, Belarus sizə çox yaxın bir ölkədir. Siz buraya sərmayə qoya bilərsiniz, biz sizi həmişə dəstəkləyəcəyik. Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir. Belarusda yaxşı xatırlayırıq ki, bizdə çox çətin vəziyyət yarananda siz, sözün əsl mənasında, bir neçə gün ərzində bizə dostcasına kömək göstərdiniz. Biz sizin ən yaxın dostlarınızıq və bütün problemlərinizin həllində maraqlıyıq. Bu baxımdan, biz nə isə edə biləriksə, siz bizə bel bağlaya bilərsiniz”.
Artur Rasizadə öz növbəsində qeyd edib ki, Azərbaycan Belarusla münasibətləri çox yüksək qiymətləndirir, onu özünə qardaş ölkə hesab edir: “Biz bu münasibətləri bütün istiqamətlər üzrə – həm siyasətdə, həm iqtisadiyyatda, həm də humanitar sahədə daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da nə lazımdırsa, edəcəyik. Biz Belarusu hər cəhətdən dəstəkləməyə həmişə hazırıq”.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol