• $
  • £

Ziyafət Əsgərov: “Böyük dövlətlər yığışırlar, şərab içirlər...”

Ziyafət Əsgərov: “Böyük dövlətlər yığışırlar, şərab içirlər...”
20.06.2014 15:00
“Bu gün beynəlxalq hüquq ağır durumdadır. Heç beynəlxalq hüququn qapısını da döyən yoxdur, çünki heç nəyi həll edə bilmir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında sədrin birinci müavini Ziyafət Əsgərov deyib.
 
O qeyd edib ki, bu gün millətlərin hüququnun müdafiəçisi olan BMT böyük dövlətlərin çubuğu ilə oturub-durur: “Beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir”. Z.Əsgərov bildirib ki, Bakıda keçirilən NATO PA seminarında azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri açıqlamaqdan ibarət olub: “Fikrimcə, buna müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub. Bu məsələ də geniş şəkildə müzakirə olundu. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin problemini həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüquq bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özləri ilə məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb”. 
Birinci vitse-spiker bildirib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: “Deməli, biz bu reallıqla nəzərə alıb işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Siyasət 21:54
Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Siyasət 21:07
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Siyasət 20:10
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
Siyasət 18:50
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
BMTMM-nin sədrinə 3 müavin təyin edilib
Siyasət 17:40
BMTMM-nin sədrinə 3 müavin təyin edilib

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Siyasət 16:29
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Siyasət 10:30
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib
Siyasət 15:10
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib
Siyasət 14:32
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol