• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən xarici QHT-lərlə bağlı - SƏRƏNCAM

Prezidentdən xarici QHT-lərlə bağlı - SƏRƏNCAM
19.06.2014 22:05
Prezident İlham Əliyev “Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Dərəncamda deyilir: 
“Son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artmışdır. Azərbaycan dövləti sülhün və təhlükəsizliyin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və siyasi plüralizmin inkişafı, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması və digər sahələrdə xarici qeyri-hökumət təşkilatları ilə də səmərəli əməkdaşlıq edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2013-cü il 1 may tarixli 2883 nömrəli Sərəncamına uyğun olaraq, ötən ildən etibarən xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarına donor yardımının göstərilməsinə başlanmışdır. Hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına ABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparırlar”.
Sərəncamla xarici qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3üç milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol