• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə San Dieqo Grossmont kollecinin nümayəndəsi ilə görüşdü

Asim Mollazadə San Dieqo Grossmont kollecinin nümayəndəsi ilə görüşdü
19.06.2014 17:01
Bakının Nəsimi rayonunun İcra hakimi Nəsib Məhəməliyev və bu rayondan deputat seçilmiş Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən Grossmont kollecinin nümayəndəsi doktor Randall Tvidlə görüşüblər. Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, görüşdə San Dieqo şəhərinin Svitzer Haylənd və Bakının Nəsimi rayonları arasında "qardaşlaşmış rayonlar" münasibətlərinin inkişaf etdirilməsi müzakirə olunub. Qeyd edilib ki, bu münasibətlər hər iki rayonun icmalarının yaxınlaşmasına, onlar arasında mədəni, iqtisadi əlaqələrin genişlənməsinə, təhsil sahəsində əməkdaşlığa böyük töhfələr verə bilər. Tərəflər gələcəkdə Svitzer Haylənddə və Nəsimi rayonunda həyata keçiriləcək birgə layihələr barədə geniş fikir mübadiləsi aparıblar. Qeyd edək ki, 2011-ci ilin 18 oktyabrında Kaliforniyanın San Dieqo Şəhər Şurasının iclasında bu şəhərin Svitzer Haylənd və Bakının Nəsimi rayonları arasında "qardaşlaşmış rayonlar" münasibətlərinin qurulması barədə qərar qəbul edilib. ABŞ-da ilk və yeganə "qardaşlaşmış rayonlar" münasibətlərinin qurulmasını əks etdirən xüsusi bəyannamə San Dieqo şəhərinin meri Cerri Sanders və Şəhər Şurasının üzvü Todd Qloriya tərəfindən imzalanaraq Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Milli Məclisin deputatı Asim Mollazadəyə təqdim olunub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol