• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı turistlər Dağlıq Qarabağa gətirilirlər

Rusiyalı turistlər Dağlıq Qarabağa gətirilirlər
19.06.2014 15:13
Rusiyada qeydiyyatdan keçən “Kavkaz Explorer” şirkəti Cənubi Qafqaz ölkələrinə, o cümlədən Dağlıq Qarabağa qanunsuz turist səfərləri təşkil edir.
Modern.az-ın məlumatına görə, bu səfərlər turistik xarakter daşıyır və Qafqaz təbiəti ilə sıx təmasda olmaq, maddi-mədəni abidələri tanımaq məqsədilə həyata keçirilir.
Layihənin meneceri Dmitri Lemeşev, kulturoloq Dmitri Yeqorov, idman turizmi üzrə təlimatçı Nadejda Kupriyançik və bir neçə bələdçi daxildir.
Adətən, Dağlıq Qarabağla bağlı səfərlərin təşkilatçısı Dmitri Yeqorov olur. Turistik yürüşlər 6-8 nəfərlik qruplar halında təşkil olunur. Turistlər Laçın, Kəlbəcər, Xankəndi, Şuşa və Ağdərə rayonları ilə tanış olur.
Şirkətin rəsmi səhifəsində təqdim olunan cədvələ əsasən, mayın 1-9-u və 23-31-i tarixlərində Dağlıq Qarabağa turist səfərləri təşkil olunub. Bundan başqa, iyunun 11-i 15-i tarixlərində layihə yaradıcıları işğal olunmuş torpaqlarımıza “Tanımadığımız Karvaçar (Kəlbəcər)” adlı turistik səfər də təşkil ediblər.
Rusiya vətəndaşları bu səfərlərdə iştirak etmək üçün 12 mindən 59-min rubla qədər vəsait ödəməlidirlər. 
Şirkət səfər təşkil edilən ölkələr arasında Abxaziya, Cənubi Osetiya, Gürcüstan və Ermənistanın adınıq eyd etsə də, Azərbaycan bu siyahıya salınmayıb. 
Qeyd edək ki, Azərbaycanın ən səfalı guşələri məhz işğal altındakı Qarabağ bölgəsində yerləşir ki, orada da turistlərin gəzib, istirahət etmələri üçün çox münbit şərait var.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol