• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın kəşfiyyat sistemi dəyişiləcək

Azərbaycanın kəşfiyyat sistemi dəyişiləcək
19.06.2014 14:22
Azərbaycanda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Milli Məclisdən ANN.Az-a verilən məlumata görə, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğunlaşdırmaqdır.
Beləki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeynə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.
Qeyd edək ki, hər iki qanun layihəsi parlamentin iyunun 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol