• $
  • €
  • ₽
  • ₺
  • £

Könül Nurullayeva üzr istədi

Könül Nurullayeva üzr istədi
13.11.2020 16:20
"Bir neçə gün əvvəl Türkiyənin Tvnet kanalına açıqlamamda zəif internet bağlantısı səbəbindən mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm".

Anews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Facebook hesabında qeyd edib.

Deputat paylaşımında bildirib ki, dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyi açıq və aydındır: "Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət  Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Mənim bütün vətəndaşlarımıza, o cümlədən məcburi köçkün soydaşlarımıza münasibətim hər zaman eyni olub. Bu gün ərazilərimizin işğaldan azad olunmasına həm bir azərbaycanlı, həm də məcburi köçkün statusundan xilas olan xalqın nümayəndəsi kimi sevinirəm. Tam səmimiyyətimlə deyirəm - sevinciniz sevincim, kədəriniz kədərimdir. Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır”.

Bu gün Milli Məclisin İntizam Komissiyası deputat Könül Nurullayeva barəsində canlı yayımda "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə suala verdiyi cavaba görə töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol