• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan AŞPA-dan çıxa bilər, əgər..."

"Azərbaycan AŞPA-dan çıxa bilər, əgər..."
18.06.2014 18:16
“AŞPA-da mənim müəllifliyimlə Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsində AŞPA Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə qarşı Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların eynisinin tətbiqinə - Ermənistanın səsvermə hüquqlarının dayandırılması və bu ölkə təmsilçilərinin rəhbər orqanlardan çıxarılmasına çağırılır”.
 
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
 
E. Süleymanov bildirib ki, qətnamə layihəsi imzalanan zaman bəzi AŞPA üzvləri Ukraynaya verdikləri dəstək səviyyəsində Azərbaycana dəstək verməyib və müxtəlif bəhanələrlə imza atmaqdan boyun qaçırıblar: “Buna baxmayaraq, Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalandı. Onu da qeyd etməliyəm ki, Avropanın müxtəlif dövlətlərini təmsil edən 58 deputatın qətnamə layihəsini imzalaması AŞPA-da obyektivliyi ilə seçilən kifayət qədər üzvlərin olmasını bir daha təsdiq etmiş oldu. Layihə prosedur qaydalarına əsasən gündəliyə daxil edilməsi üçün sessiyadan 14 gün əvvəl AŞPA-nın katibliyinə göndərilib, daha sonra isə Sədarət Komitəsində və Büroda müzakirə edilmək üçün gündəliyə daxil edilib və Avropa Şurasının saytında yerləşdirilib. Bu sənəd 22 il ərzində beynəlxalq bir təşkilatda - AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir”.
 
E. Süleymanov qeyd edib ki, prosedur qaydalarına əsasən qətnamə layihəsi sessiyadan əvvəl 22 iyunda Sədarət Komitəsinin və 23 iyunda isə Büronun iclasında müzakirəyə çıxarılmalıdır: “Burada əsasən iki gözlənti ola bilər. Birinci və normal gözlənti ondan ibarətdir ki, qətnamə layihəsi Sədarət Komitəsinin rəyindən sonra Büro iclasında müzakirə edilir və məlumat üçün və ya məruzəçi təyin edilməsi üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə göndərilir. Əlbəttə ki, qətnamə layihəsinin komitəyə məlumat üçün göndərilməsi Azərbaycana qarşı ayrı-seçkiliyin növbəti bariz nümunəsi ola bilər. İkinci gözlənti isə ondan ibarətdir ki, AŞPA prezidenti məsələyə veto qoya bilər və bununla da Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində prosesləri dayandırmış olar. Qətnamə layihəsini imzalayan deputatların sayının çox olması AŞPA prezidenti, xanım Ann Brassorun veto hüququndan istifadə etmə imkanlarını faktiki olaraq məhdudlaşdırsa da, bu ehtimal qalır və bunu istisna etmək olmaz. Ümidvar olmaq istərdim ki, o, öz statusuna hörmət edəcək və ayrı-seçkiliyə yol verməyəcək”.
 
E. Süleymanov hesab edir ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA rəhbərliyini tarixi seçim qarşısında qoyacaq: “Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı AŞPA rəhbərliyinin qərarı obyektiv olacağı halda, bu qərar qurumun ayrı-seçkiliyə və ikili standartlara son qoymaq istiqamətində addımlarının nümayişi olacaq. Əksinə, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısının alınması bir daha AŞPA-da bəyan edilmiş demokratiya, hüququn aliliyi, dövlətlərin bərabərhüquqluluğu və digər prinsiplərə hörmətsizliyin və qurumun korporativ maraqlara xidmət etməsinin nümayişi olacaq. Belə olan halda isə, mən şəxsən vətəndaş mövqeyimi ortaya qoyaraq ölkəmizin belə bir qurumda qalmasının faydasız olduğunu bəyan edəcəyəm”. (APA)
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol