• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır

Fransa jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır
20.11.2020 10:48
Fransanın "Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur.

Anews.az AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir.

Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının cəsədini gördüyünü qeyd edir. O yazır ki, xilasedicilər yanmış maşınları aparırdılar. Ətrafdakı meyvə-tərəvəz mağazasının sahibi olan qadın indi həmin mağazanın yerində böyük bir çuxur yarandığını görəndə göz yaşlarına qərq oldu. Yaxınlıqdakı ət mağazası da əsl qırğın səhnəsini xatırladırdı. Həlak olan mülki insanların xatirəsini yad etmək üçün bu yerlərə güllər düzülürdü.

Müəllif Azərbaycanda hər tərəfdə "Qarabağ bizimdir!” şüarını eşitdiyini və gördüyünü bildirir.

Fransalı jurnalist cəbhə bölgəsinə də getdiklərini, yolboyu zirehli, yanmış, mərmilərdən yararsız vəziyyətə düşmüş maşınları gördüyünü yazır.
Məqalədə qeyd edilir ki, 1993-cü ildə ermənilər azərbaycanlı əhalini yurdlarından didərgin salıb, hətta onların qəbiristanlıqlarını belə dağıdıblar. Müəllif yolda dağıdılmış, vandalizmə məruz qalmış qəbirlərin yanında dayandıqlarını bildirir, onu müşayiət edən Samir adlı şəxsin bu acınacaqlı vəziyyət, hətta ermənilərin cəsədlərdən qızıl dişləri belə çıxarmaları haqqında məlumat verdiyini yazır.

"Azərbaycanlılar kilsələrə və qəbiristanlıqlara toxunmur”, – deyən Samir vurğuladı ki, bu ermənilər hara gedirlərsə, düşünürlər ora onlara məxsusdur. Görəcəksiniz, Fransada yaşayan ermənilər də bir gün deyəcəklər ki, ora onların ölkəsidir.

Müəllif yazır ki, Birinci Qarabağ müharibəsi haqqında xatirələrini bölüşən insanlar həmin vaxt demək olar əliyalın vuruşduqlarını deyirlər. İndi isə Azərbaycanın inkişaf etdiyi, hərbi büdcəsini qat-qat artırdığı qeyd edilir.

Məqalədə, həmçinin Azərbaycanın öz torpaqlarını bir aydan artıq müddət ərzində azad etməsindən söhbət açılır. Azad edilmiş ərazilərdə artıq elektrik çəkilişinin həyata keçirildiyi, oralarda yeni həyatın başladığı diqqətə çatdırılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol