• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın statusu necə olacaq? - Sabiq nazir mövcud vəziyyəti şərh edir

Qarabağın statusu necə olacaq? - Sabiq nazir mövcud vəziyyəti şərh edir
21.11.2020 16:56
Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 noyabr tarixli razılaşmadan sonra Dağlıq Qarabağın statusu məsələsi ətrafında gedən müzakirələrə aydınlıq gətirib. Sabiq nazir Qarabağın yekun statusu barədə danışmağın tez olduğunu deyib:


"Bu gün hamı status haqqında danışır. Söhbət sanki eyni şeydən, əslində isə, iki fərqli məfhumdan gedir:


1. Bu, yekun statusdur. Bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir. Ola bilər, danışıqlar nəticəsində müəyyənləşsin, amma ola da bilər ki, heç danışıqlar olmasın - Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi.


2. Lakin Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə müvəqqəti status formalaşır. Müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir. 


Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək. Ona görə Rusiya, eləcə də Türkiyə sülhməramlılarına Mandat lazımdır. Bu mandat, yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək. 


Statusla bağlı mövcud vəziyyətin elmi-nəzəri təsnifatı belədir".


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol