• $
  • €
  • ₽
  • ₺
  • £

“Yanlışdır, səhvdir, cəfəngiyyatdır” – ABŞ səfiri

“Yanlışdır, səhvdir, cəfəngiyyatdır” – ABŞ səfiri
18.06.2014 12:50

“Mən deyə bilmərəm cəmiyyətin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrdən gözləntiləri necə olub. Amma dinləmələr çox yaxşı və tarazlı olub”.

Bu barədə ABŞ səfiri Riçard Morninqstar ABŞ Konqresinin Helsinki Komissiyasında dinləmələrlə bağlı Turan-ın sualına cavabında bildirib. Səfirin fikrincə, dinləmələr zamanı demokratiya və insan haqları ilə bağlı bir çox məsələlər əksini tapıb. “Hər iki ölkənin bu məsələlər üzrə birlikdə necə işləməsi barədə də məqamlar qeyd olunub. Ancaq ölkələrimiz arasındakı əlaqələr yalnız bu mövzu ilə məhdudlaşmır. İki ölkənin ortaq maraqlara malik olduğu bir sıra digər sahələr də vardır ki, biz bu sahələr üzrə birgə işimizi davam etdirəcəyik. Azərbaycan ABŞ-ın güclü dostu, tərəfdaşı olaraq qalır və biz ölkələrimiz arasındakı birgə maraqları əhatə edən bir sıra məsələlər, o cümlədən demokratiya və insan haqları məsələləri üzrə birgə işimizi davam etdirməliyik”, deyə Morninqstar qeyd edib.

O, ölkədə demokratiya, insan haqları, siyasi məhbus məsələsi ilə bağlı problemlərin həlli barədə suala cavabında deyib ki, səfirliyi dövründə demokratiya və insan haqları fəal şəkildə iştirak etdiyi, diqqətdə saxladığı bir sahə olub. “Mənim buradakı fəaliyyət müddətimin son gününə qədər biz hökumətlə bu fəaliyyətimizi davam etdirəcəyik. Mənim fəaliyyət müddətim başa çatdıqdan sonra da bu işlər davam etdiriləcək”, deyə səfir bildirib. 

Riçar Morninqstar ABŞ-ın Milli Demokratiya Institutuna (MDI) qarşı cinayət işinin açılması ilə bağlı mətbuatda gedən məsələyə ayıdnlıq gətirib. Jurnalistlərin məsələ ilə bağlı şərh vermək xahişinə cavabda səfir prokurorluğa müraciət etməyi tövsiyə edib.

“MDI ilə bağlı müxtəlif KIV-də əks olunan ittihamlar yalnışdır, səhvdir, cəfəngiyyatdır. Biz hesab edirik ki, MDI Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə fəaliyyət göstərib. Amma MDI-nin Azərbaycandakı yekun statusu ilə bağlı hər-hansı fikrim, şərhim yoxdur”, deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti MDI-ni gənclər təşkilatlarının maliyyələşdirilməsi yolu ilə rəngli inqilab hazırlamaqda ittiham edib və faktiki olaraq, bu qurumun fəaliyyətini qadağan edib.

Öz növbəsində, MDI dəfələrlə bu ittihamları təkzib edərək, şəffaf və qanun çərçivəsində fəaliyyət göstərdiyini sübut edib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol