• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: “Azərbaycanlı qardaşlarımızla qələbənin sevincini yaşadıq”

Ərdoğan: “Azərbaycanlı qardaşlarımızla qələbənin sevincini yaşadıq”
21.11.2020 17:32
"Zaman-zaman Ermənistanı üstümüzə qaldırmaqla Qafqazda yeni həmlələr etdilər”,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.


Ərdoğan deyib ki, kimsənin Türkiyəni yanlış arqumentlərlə təhdid etməyə haqqı yoxdur: 


"Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik fəlakətləri başa çatdıran bir qələbənin sevincini yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü, vəd edəcək heç bir layihəsi olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da heç nəyə nail olmayacaqlar. Qarşımızdakı bütün çətinliklərə rəğmən, yeni bir dönəmə başladıq. Məqsədimiz nə daxildə, nə xaricdə kimsə ilə savaş etmək, nə də kimsənin hüququnu pozmaqdır. Tam əksinə, dostlarımızla və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq qurmaq istəyirik. Avropa İttifaqından bizə verdiyi sözlərə əməl etməsini, ayrı-seçkilik etməməsini gözləyirik. Gələcəyimizi Avropa ilə birgə qurmağı təsəvvür edirik. Amerika ilə uzun və yaxın müttəfiqlik əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik”.


Prezident Türkiyənin Rusiya və İran kimi tarixi kökləri olan qonşu ölkələrlə, eləcə də Türk dünyası və  islam ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətinin olduğunu da vurğulayıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol