• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib

Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
24.11.2020 10:00

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları onu atasının iradəsinə zidd olaraq, uşağı qanunsuz olaraq aparmaqda günahlandırır.

Məhkəmə Yekaterina Həsənin qızı Malikanın hər iki valideynin razılığı olmadan ölkə hüdudlarından kənara aparılmasını qadağan edib. Qız gizli şəkildə Azərbaycana gətirilib, əslində, onu oğurlayıblar. Bu 2020-ci ilin fevral ayında baş verib. Yeri gəlmişkən, əvvəllər millət vəkili Ramil Həsən diplomatik toxunulmazlığından istifadə edərək dəfələrlə onu Kişinyov nəzarətində olmayan separatçı Dnestryanı bölgəsi vasitəsilə ölkədən çıxarıb.

Polis Malikanın qaçırılması ilə əlaqədar Cinayət Məcəlləsinin 207-ci maddəsi – "Uşaqların ölkə hüdudlarından kənara qanunsuz çıxarılması" əsasında cinayət işi açıb. Moldovada bu cinayət 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Malika atası ilə birlikdə yaşamalıdır - Moldova Ədalət Məhkəməsinin hökmü belədir. Bu, ər-arvadı uşağı qanunsuz olaraq Moldovadan çıxarmağa sövq edib. Artıq bu iş bütün məhkəmə instansiyalarından keçib. Ali Məhkəmə Palatası atasını Malikanın qəyyumu təyin edərək bu məsələyə son qoydu.

Yekaterina qəyyumluq orqanları tərəfindən müəyyən olunan qızla atası arasındakı görüş cədvəlini daim pozub ki, bu da başqa bir məhkəmə istintaqına səbəb olub. Bu günlərdə hökm çıxarılıb, Yekaterina Həsən yenidən uduzub. Atasının qızı ilə telefonla əlaqə qurmaq və ya onunla görüşmək üçün bütün cəhdləri qəti imtina ilə nəticələnir. Yekaterina Həsən və onun deputat əri Malikanı tam izolyasiya ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol