Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib

Azərbaycan
Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa
verilib. Moldova hüquq-mühafizə orqanları onu atasının iradəsinə zidd olaraq,
uşağı qanunsuz olaraq aparmaqda günahlandırır.
Məhkəmə Yekaterina Həsənin qızı Malikanın hər
iki valideynin razılığı olmadan ölkə hüdudlarından kənara aparılmasını qadağan edib.
Qız gizli şəkildə Azərbaycana gətirilib, əslində, onu oğurlayıblar. Bu 2020-ci
ilin fevral ayında baş verib. Yeri gəlmişkən, əvvəllər millət vəkili Ramil Həsən
diplomatik toxunulmazlığından istifadə edərək dəfələrlə onu Kişinyov nəzarətində
olmayan separatçı Dnestryanı bölgəsi vasitəsilə ölkədən çıxarıb.
Polis Malikanın qaçırılması ilə əlaqədar Cinayət
Məcəlləsinin 207-ci maddəsi – "Uşaqların ölkə hüdudlarından kənara
qanunsuz çıxarılması" əsasında cinayət işi açıb. Moldovada bu cinayət 2
ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Malika atası ilə birlikdə yaşamalıdır -
Moldova Ədalət Məhkəməsinin hökmü belədir. Bu, ər-arvadı uşağı qanunsuz olaraq
Moldovadan çıxarmağa sövq edib. Artıq bu iş bütün məhkəmə instansiyalarından
keçib. Ali Məhkəmə Palatası atasını Malikanın qəyyumu təyin edərək bu məsələyə
son qoydu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:08
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir

Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək

Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək

Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir

Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb

Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır

















