• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi

Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi
26.11.2020 09:53
"Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimin xeyrinə olmazdı”.

Anews.az "TASS”a istinadən bildirir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan deyib.

"Bu, nə Ermənistanın, nə Dağlıq Qarabağın, nə Fransanın, nə Avropa tərəfdaşlarının, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin maraqlarına uyğun deyil”, - deyə siyasətçi qeyd edib. Onun sözlərinə görə, bu, "Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaş siyasəti deyil”.

O xatırladıb ki, heç bir dövlət, o cümlədən Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini” tanımayıb. "Fransa yalnız tərəflərin hər birinin ona güvəndiyi zaman vasitəçilik edə bilər. Bu məsələyə belə bir addımın bütün nəticələrini dərk edərək həqiqət və məsuliyyət ruhunda yanaşmaq lazımdır. Qarabağ problemi birtərəfli jest nəticəsində deyil, yalnız tərəflərin dialoqu nəticəsində öz həllini tapa bilər”, - deyə Lemuan vurğulayıb.

"Bu gün tərəflər heç vaxt olmadığı kimi bu dialoqu davam etdirmək üçün Minsk Qrupu həmsədrlərinin dəstəyinə ehtiyac duyurlar”, - deyə diplomat əlavə edib.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol