Ərdoğan Ruhani ilə Qarabağdan danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.
"
Anews.az "Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, prezidentlər Türkiyə-İran münasibətlərinin inkişaf etdirilməsi və regional prosesləri müzakirə ediblər.
O, Qarabağda sülh və sabitliyin yeni fürsətlərə yol açacağını, bunun Ermənistan da daxil olmaqla region ölkələrinin xeyrinə olacağını bildirib.
www.anews.az
























